Azərbaycanla Qazaxıstan parlamentləri arasında əməkdaşlığa dair müzakirələr aparılıb

Qazaxıstan Məclisinin sədri Nurlan Niğmatulin Azərbaycanın Milli Məslisinin sədr müavini Ziyafət Əsgərovla görüşüb.

“Report” “BNews.kz”ə istinadən xəbər verir ki, Qazaxıstan Məclisinin Mətbuat xidmətindən verilən məlumata görə, “Astana dünyada inteqrasiya, təhlükəsizlik, əmin-amanlıq mərkəzidir” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən görüş zamanı qazaxıstanlı spiker Xəzər dənizinin statusuna dair konvensiyanın imzalanmasının əhəmiyyətindən danışıb, bu hadisənin Xəzəryanı ölkələr arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olduğunu vurğulayıb.

Tərəflər Azərbaycan və Qazaxıstan millət vəkilləri arasındakı əlaqələrin daha da artırılmasının vacibliyini bildiriblər.

ƏvvəlkiValyuta ehtiyatları xarici dövlət borcunu 3 dəfə üstələyib
NövbətiAzərbaycan hərbçiləri Pakistanda beynəlxalq müdafiə sərgisində iştirak edəcəklər