İrina Zaretska növbəti dəfə dünya çempionu olub

Azərbaycan karateçisi İrina Zaretska (68 kiloqram) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, o, finalda İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi üçqat dünya çempionu olub.

Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında da qızıl medala layiq görülüb.

 

ƏvvəlkiMilli Məclisin sədri qazaxıstanlı həmkarlarına başsağlığı verib
NövbətiBakıda Yaponiya mədəniyyəti, ənənəvi yapon şir rəqsi – “Şişimai” təqdim edilib