Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə rəsmi tədbir keçirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib.
Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.