Ramazan Kadırovun 16 yaşlı oğlu yüksək vəzifəyə təyin edilib

Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırov məsul vəzifəyə təyin edilib.

“Report”un məlumatına görə, bu barədə vilayət parlamentinin sədri Maqomed Daudov teleqram kanalında məlumat verib.

“Mənim əziz qohumum Adam Kadırov Çeçenistan Respublikasının başçısının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib. Adam böyük Kadırovlar ailəsinin və bütün çeçen xalqının layiqli nümayəndəsi olduğunu praktikada göstərib və sübut edib. O, güclü, prinsipial xarakteri, ölkəmizə, bütün Vətənə faydalı olmaq səmimi istəyi ilə seçilir”-deyə, o bildirib.

Ölkənin səhiyyə naziri Adam Alxanov Adam Kadırovu təbrik edərək, Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunduğunu açıqlayıb:

“Hörmətli qardaşım Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm”.

Qeyd edək ki, Adam Kadırov 2007-ci il noyabrın 24-də anadan olub.

ƏvvəlkiMalayziyada təşkil olunan sərgidə Azərbaycan pavilyonuna böyük maraq göstərilib
NövbətiRusiya Qəzza əhalisi üçün yeni humanitar yardım göndərib