Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin Kahramanmaraş vilayətində yenidənqurma işləri görəcəyi ilə bağlı iki ölkə arasında imzalanmış Sazişin qüvvəyə minməsi barədə qərarı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qərar Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunaraq qüvvəyə minib.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalayıblar.
Xatırladaq ki, Kahramanmaraşda dağıdıcı zəlzələlər bu ilin fevral ayında baş verib.