Qazaxıstanın hakimiyyət orqanları öz vətəndaşlarının Qəzza sektorundan təxliyəsinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
“Bu gün vətəndaşlarımızın Qəzza sektorundan təxliyə prosesi başlayıb. Noyabrın 13-də 44 nəfərdən ibarət ilk qrup təxliyə olunacaq. Bu qrupa 40 nəfər qazaxıstanlı və onların ailə üzvlərindən olan 4 xarici ölkə vətəndaşı daxildir”, – deyə o bildirib.
Diplomatın sözlərinə görə, bu gün “Rafah” nəzarət-buraxılış məntəqəsindən aralarında Qazaxıstan, Mərakeş, İordaniya, Rusiya, İspaniya, İsveç, Peru, Niderland, Böyük Britaniya və ABŞ vətəndaşları olmaqla 594 nəfər təxliyə ediləcək.