Qara dənizdə batan gəminin ekipaj üzvlərindən birinin cəsədi tapılıb

Ötən həftə sonu Türkiyə ərazisində güclü külək və leysan yağışları nəticəsində doqquz nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Nazir Zonquldak sahillərində batan quru yük gəmisində 13 türk ekipaj üzvündən birinin cəsədinin tapıldığını, digərlərinin isə axtarışlarının davam etdiyini deyib.

Axtarış-xilasetmə əməliyyatına nazirliyin 797 əməkdaşı, həmçinin 295 texnika, iki təyyarə, bir helikopter və patrul qayıqları cəlb olunub. Axtarışlar havadan, qurudan və dənizdən davam etdirılir.

ƏvvəlkiAzərbaycan Budapeştdə energetika nazirlərinin iclasında iştirak edəcək
NövbətiMixael Saakaşvili məhkəmədə prezidentdən əfv istəyib