Türkiyənin turizm paytaxtı Antalyada hava şəraiti şəhərin gündəlik həyatına mənfi təsir göstərib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bölgədəki fırtınanın yaratdığı nəhəng dalğalar nəticəsində Marinada bir qayıq batıb.
Bundan əlavə, Akdeniz bulvarında bəzi yerlərdə nəqliyyatın hərəkəti çətinləşib.
Şəhər polisi sahil zolağı ilə hərəkət edənlərə diqqətli olmaları barədə xəbərdarlıq edib.