Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunub

Beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Noyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.

 

ƏvvəlkiHərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılışı olub
NövbətiMingəçevirdə zəlzələ olub