Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 67,5 min nəfər əhalisi olan Bisliq şəhərindən 55 kilometr şimal-şərqdə yerləşib.
İtki və dağıntılar barədə məlumat yoxdur.
Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Filippin sahillərində 7,5 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi.