Monitorinq Mərkəzi tərəfindən 52 saytda monitorinq aparılıb. Məqsədimiz saytları tənqid etmək deyil, Azərbaycan dilinin saflığının qorunmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən dekabrın 4-də keçirilən “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə jurnalistlərə müsahibəsində Mərkəzin direktoru professor Sevinc Əliyeva söyləyib. O, tədbirin keçirilməsində əsas məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirib.