Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yerli vaxtla 08:16-da baş verən zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.