Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi: Təhsil müəssisələrində tədris davam etdirilir

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinad edərək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq uşaqlara, şagird və valideynlərə həyəcanlanmamağı və narahat olmamağı tövsiyə edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, həm də Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində tədris davam etdirilir.

ƏvvəlkiBakıda Azərbaycan – Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclası keçirilir
NövbətiDİM tərəfindən xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək