Bu günədək 185 nəfər “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
AZƏRTAC xəbər ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun 3 illik hesabat tədbirində deyib.
E.Hüseynov bildirib ki, həmin şəxslərdən 7-si şəhid ailəsi üzvü, 178-i ağır yaralıdır. Həmin məqsədlə 19 milyon manatdan çox vəsait xərclənib.