Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca saxlanılıb.
AZƏRTAC “NTV Spor” nəşrinə istinadən xəbər verir ki, buna 59 yaşlı funksionerin Superliqanın son turunda “Rizəspor”la matçdan sonra meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmağı səbəb olub.
Hadisə ilə əlaqədar fövqəladə iclas keçirən Türkiyə Futbol Federasiyası bütün liqalarda matçların qeyri-müəyyən müddətədək təxirə salınmasına qərar verib. Türkiyə Aktiv Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyi isə referilərin bu həftə çempionat oyunlarına çıxmayacaqlarını elan edib.
Qeyd edək ki, “Ankaragücü” – “Rizəspor” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.