Dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Böyük Azərbaycan Partiyası tərəfindən Elşad Musayevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra Elşad Musayevin növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənib.