Nigeriyanın Plato ştatının kəndlərinə silahlı şəxslərin 23-24 dekabr tarixində hücumu nəticəsində ən azı 198 nəfər həlak olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.
Nigeriya ordusu bölməsinin sözçüsünə görə, insident şənbə və bazar günü gecə ölkənin mərkəzi Plato ştatının Muşu kəndində baş verib.
Cari ilin may ayından bəri Platoda icmalararası toqquşmalar baş verir. Fulani köçəriləri ilə fermerlər arasında münaqişə Nigeriyanın bir neçə ştatını əhatə edir.
Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır. Bəzən bu mübahisələr zorakılıqla müşayiət olunur və silahlı toqquşmalarla nəticələnir.