Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, 20 evə ziyan dəyib.
Ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.