Xarkova edilən raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov telemarafonun efirində məlumat verib.
“Ölənlərin sayı 8-ə çatıb. Hündür mərtəbəli yaşayış binasının qalıqları altından bir uşağın cəsədi çıxarılıb”, – deyə Terexov əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın yanvarın 23-də hava hücumu nəticəsində yaralananların sayı 62 nəfərə çatıb.
Xilasetmə işləri davam etdirilir, dağıntılar altında insanların olduğu güman edilir.