İranda zəlzələ olub

İranda 3,6 maqnitudalı zəlzələ olub.

Turk.az-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 01:59-da qeydə alınan yeraltı təkanların episentri İsfahan şəhərindən 187  km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
ƏvvəlkiPravoslavlar Pasxa bayramını qeyd edir
NövbətiDe Mistura: “Suriya ətrafında vəziyyət aparıcı dövlətləri birbaşa qarşıdurmaya yaxınlaşdırır”