Antalyada taekvondo üzrə Türkiyə açıq çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası aktivinə daha 4 medal əldə edib.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutub.
Beləliklə, baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.
Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub.
Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət milli komandası da iştirak edəcək.