Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Fondunun yaradılması ilə bağlı işlərə başlanılıb və Fond gələn il fəaliyyətə başlaya bilər.
Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.
“Hazırda Fondun əsasnaməsi üzərində iş aparılır. Bu il TRACECA Hökumətlərarası Komissiyasının İranda iclası keçiriləcək. İclasa qədər bütün sənədləri hazırlayırıq ki, iclasda fondun yaradılması ilə bağlı qərar qəbul edilsin. Gələn il fond fəaliyyətə başlaya bilər”, – deyə o qeyd edib.
“Bütün TRACECA ölkələri, beynəlxalq səviyyədə fəaliyyət göstərən kommersiya şirkətləri və digər maraqlı tərəflər fonda dəvət ediləcək. Fondun yaradılmasında əsas məqsəd TRACECA -nı inkişaf etdirmək, lazım olanda infrastruktur layihələrini həyata keçirməkdir”, – deyə R.Bayramov əlavə edib.
Xatırladaq ki, TRACECA Avropa İttifaqının MDB-yə göstərdiyi texniki yardım çərçivəsində həyata keçirilən xüsusi layihədir. Layihə 1993-cü ilin mayında Bekçikanın paytaxtı Brüsseldə keçirilmiş konfransda 8 ölkənin iştirakı ilə qəbul edilib.