“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir.
Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə əvəz olunub.
Hazırda Hacıqabul stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.