Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə müraciətlər martın 15-dək qəbul olunur.
Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.