Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərini atəşə tutması nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib. Onun sözlərinə görə, şəhərin atəşə tutulması nəticəsində yeddi çoxmənzilli binaya və bir neçə sosial obyektə zərər dəyib, həmçinin 15 avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva vaxtı ilə saat 08:00 radələrində Belqorod vilayəti üzərində səkkiz raket və üç pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.