Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısı Rusiya Prezidenti Vladimir Putini ölkəsində keçirilən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Türkiyə-Rusiya münasibətlərindəki müsbət inkişafın yeni dövrdə də artan templə davam edəcəyinə inamını bildirən Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə danışıqlar masasına qayıtmaq məsələsində ölkəsinin vasitəçi qismində iştirak etməyə hazır olduğunu deyib.