Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib.