Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.