Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktından sonra güc strukturları əraziyə basqın həyata keçirirlər.
“Report” xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı bildirib.
“VÇK-OQPU” teleqram kanalına görə, xüsusi təyinatlıların artıq üçüncü qrupu binaya daxil olub. Binada girovların olması istisna edilmir. Eyni zamanda, “Baza”ya görə, hadisəni törətmiş şəxslərdən dördü hadisə yerindən qaça bilib.
Xatırlada ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.