Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktında ölənlərin xatirəsi Rusiyanın Azərbaycandakı səfirliyində anılır.
“Report”un xəbərinə görə, vətəndaşlar terror aktı nəticəsində həlak olmuş insanları anmaq üçün səfirliyin önünə gül dəstələri düzüblər.
Xatırladaq ki, ötən gecə Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da insanlara atəş açılıb. Baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.
FOTO: Ehtiram Jabi