Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və hökm oxunub.
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və “Vətən uğrunda medalı”ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqana təqdimat göndəriləcək.
Qeyd edək ki, prokuror sabiq rəisə 11 il həbs cəzası istəmişdi.