“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminin texniki sınağı təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İdman, Olimpiya və Paralimpiya Oyunları naziri açıqlama verib.
Onun sözlərinə görə, bu cür qərarın qəbul olunmasına güclü yağışlar və Sena çayında suyun səviyyəsinin yüksəlməsi səbəb olub.
Nazir aprelin 8-nə planlaşdırılan texniki sınağın mayın 27-də baş tutacağını açıqlayıb.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Nüfuzlu yarışın açılış mərasimi Oyunların Təşkilat Komitəsi (Cojop) üçün böyük problemlərdən biridir.