Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.
“Qırğızıstan Prezidenti ilə məhdud tərkibdə danışıqlar apardıq, münasibətlərin genişləndirilməsinə sadiq olduğumuzu təsdiqlədik”, – Kasım-Jomart Tokayev qeyd edib.
O sənədin Qazaxıstan-Qırğızıstan əlaqələrinin inkişafına yeni təkan verəcəyini vurğulayıb.
S.Japarov isə bildirib ki, danışıqlar strateji tərəfdaşlıq ruhunda keçib.