Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilməsini sərt şəkildə qınayıb.
“Report” xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: “Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”.
Qeyd edək ki, mayın 15-də Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb.
I am shocked and appalled by the assassination attempt on Prime Minister Robert Fico. I strongly condemn this attack. My thoughts are with Prime Minister Fico, his family, and Slovak people. I wish him the soonest recovery.@ZuzanaCaputova @SlovakiaMFA
— Ilham Aliyev (@presidentaz) May 15, 2024