Əfqanıstanın qərbindəki Qor vilayətində daşqınlar nəticəsində son sutka ərzində azı 50 nəfər ölüb, on nəfər itkin düşüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, əyalət polisinin mətbuat katibi Əbdülrəhman Badres daşqınların bir neçə rayonu əhatə etdiyini, 2 min evin və 2500 mağazanın dağıldığını bildirib.
Leysan yağış və daşqınlar qonşu Herat və Fərəh əyalətlərinin də yolunu bağlayıb.
Xatırladaq ki, Əfqanıstanda son bir ayda baş verən şiddətli daşqınlar çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.