Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 18-i Xaçmazda yağan qısamüddətli leysan yağışı nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə əmələ gətirib. Bununla əlaqədar sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub və müvafiq dövlət qurumlarına məlumat verilib.

ƏvvəlkiƏfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub
NövbətiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər