Azərbaycanın daha bir cüdoçusu dünya çempionu olub

Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

25 yaşlı idmançı finalda kanadalı Şeydi Əl-Nahasla üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçu dünya çempionu olub.

2015-ci ildə yeniyetmələrdən ibarət yığmamıza cəlb edilən Zelim Kotsoyev Azərbaycan cüdo məktəbinin yetirməsi hesab olunur.

Qeyd edək ki, dünya çempionatına mayın 24-də yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmizə ilk qızıl medalı Hidayət Heydərov (73 kiloqram) qazandırıb.

ƏvvəlkiAzərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
NövbətiTürk dünyası Vəkillər kollegiyalarının rəhbərləri Türkiyə Ədliyyə Nazirliyini ziyarət ediblər