Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – məlumatda qeyd edilib.

 

ƏvvəlkiDİN: Son iki gündə 90 cinayətin açılması təmin olunub
NövbətiDYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib