Aktau şəhərində Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

28 May – Müstəqillik Günü ilə əlaqədar Qazaxıstanın Aktau şəhərindəki Azərbaycanın baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan baş konsulluğun başçısı vəzifəsini icra edən Elçin Məmmədov Xalq Cümhuriyyətinin yaranma tarixindən, 23 aylıq fəaliyyət dövründə dövlət quruculuğu sahəsində həyata keçirdiyi işlərdən bəhs edib. 1991-ci ildə müstəqilliyimizin yenidən bərpa edildiyini, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətimizin çiçəklənmə dövrünü yaşadığını bildirib.

Eyni zamanda, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə ətraflı məlumat verilib, tədbirin ölkəmiz, eləcə də region üçün əhəmiyyəti barədə danışılıb.

Sonra Mangistau vilayətinin Akiminin (Qubernatorunun) müavini xanım Zvira Tugelovna çıxış edərək xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edib və ölkəmizlə, xalqımızla bağlı xoş arzularını çatdırıb. Azərbaycanın dost ölkə olduğunu bildirərək xalqlarımız arasında qardaşlıq bağlarının möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən, onun əziz xatirəsinin qazax xalqı tərəfindən daim yad edildiyindən danışıb.

Tədbir bədii hissə ilə davam edib.

ƏvvəlkiAzərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji şirkətləri birgə müəssisənin yaradılması barədə memorandum imzalayıb
NövbətiMay ayının sonuna olan hava proqnozu açıqlanıb