Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri və “Oyuq” Uşaq Teatrının yetirmələri maraqlı proqramla çıxış ediblər.
Teatrın repertuarındakı “Cırtdan” və “Qırmızıpapaq” tamaşalarından səhnəciklər, eləcə də istedadlı balaca ifaçıların təqdimatında vətənpərvərlik ruhlu nəğmələr balacalara xoş anlar bəxş edib. Böyük coşqu ilə keçən tədbirdə balacalara hədiyyələr paylanılıb.