ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir

Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o cümlədən məmur və onların ailə üzvlərinə viza sanksiyaları tətbiq edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller brifinqdə açıqlayıb.

O vurğulayıb ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir.

“Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – sözçü vurğulayıb.

ƏvvəlkiPrezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Misirə rəsmi səfərə gəlib