Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Albaniyaya məğlub olub

Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, Macarıstandakı “Haladaş” stadionunda baş tutan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Rəqibin heyətində Nedim Bayrami, Rey Manaj və Qazim Laçi fərqləniblər. Komandamızın yeganə qolu isə 90-cı dəqiqədə Musa Qurbanlı vurub.

ƏvvəlkiƏrdoğan: Türkiyə və Azərbaycan bayraqları kosmosda iki qardaşı təmsil edəcək
NövbətiAzərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib