Bugünkü hərracda dövlət əmlakı olan 18 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat vasitələri üzrə rəqabətli keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Belə ki, ilkin qiyməti 6000 manat olan “Toyota Avalon” markalı avtomobil 10 min 300 manata satılıb, BMW 750 markalı avtomobilə edilən təklif isə 13 min 500 manatdan 16 min 900 manata yüksəlib.

Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.

ƏvvəlkiSiciliya adasındakı Etna vulkanı yenidən fəallaşıb
NövbətiÖzbəkistan şəhərlər üçün ekoloji ustad planları hazırlayır