Daşkəsəndə “Yaylaq günü” tədbiri keçirilib

Daşkəsəndə “Yaylaq günü” tədbiri keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayon Xoşbulaq kəndində “Yaylaq günü” adlı mədəniyyət tədbiri keçirilib.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, çox sayda sakinlər iştirak ediblər.

Mədəniyyət xadimlərinin ifasında möhtəşəm musiqilər, mahnılar səsləndirilib, rəqslər, müxtəlif əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, tədbirdə həmçinin kənd təsərrüfatı məhsullarının satışı da təşkil olunub.

ƏvvəlkiLaçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib
NövbətiMSK Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb