“Qarabağ” – “Ludoqorets” oyununa 23000 bilet satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) oyununa 23000 bilet satılıb.

Ağdam klubundan “Report”a verilən məlumata görə, avqustun 6-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

ƏvvəlkiLaçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib
NövbətiBakıda qanunsuz parklanma yerlərini təşkil etməkdə şübhəli bilinən 159 nəfər saxlanılıb