Laçında hərbi qulluqçuların itkin düşməsi ilə əlaqədar iki nəfər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

Azərbaycan Ordusunun hərbi qulluqçuları – əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilmişdi.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli Hərbi Məhkəməsinin 2023-cü il 22 sentyabr tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Hərbi Prokurorluq bir daha Allahdan hərbçilərimizə rəhmət, doğmalarına isə səbir diləyir.

ƏvvəlkiParis-2024: Azərbaycan taekvondoçusu yarımfinala yüksəlib
NövbətiRüşvət almaqda şübhəli bilinən gömrük əməkdaşları həbs edilib