Nigeriyada etiraz aksiyalarında 21 nəfər öldürülüb

Nigeriyada son günlərdə hökumət əleyhinə etiraz aksiyalarında polis qüvvələri azı 21 nəfəri öldürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Amnesty International” təşkilatı məlumat yayıb.

Bildirilir ki, polis müxtəlif şəhərlərdə aksiyaları yatırmaq üçün gözyaşardıcı qaz tətbiq edib, döyüş güllələri ilə atəş açıb. Bahalıq və aclığa qarşı etiraz aksiyaları güc yolu ilə yatırılıb.

ƏvvəlkiXarici işlər nazirinin müavini İƏT İcraiyyə Komitəsinin növbədənkənar görüşündə iştirak edib
NövbətiParlament seçkilərində seçkiqabağı təşviqat üçün ümumilikdə 5113 yer ayrılıb