Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Rusiya-Ukrayna müharibəsi ilə bağlı son çağırışına münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Macarıstan hökumətinin spikeri Zoltan Kovaç “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nazir Peter Siyarto Ukraynaya daha çox silah göndərilməsini tələb edən, hətta Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan istifadə edilməsini təklif edən Aİ-nin xarici işlər üzrə ali nümayəndəsini də tənqid edib”, – deyə o qeyd edib.

Avqustun 21-də Borrell deyib ki, Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan qadağanı aradan qaldırmaq sülhməramlı səylərə töhfə verə bilər.

ƏvvəlkiNaxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Növbəti“Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub