Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti barədə həbs qətimkan tədbiri seçilib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi barədə həbs qətimkan tədbiri seçilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

ƏvvəlkiMoskvada BRICS qrupunun Media Sammiti keçiriləcək
Növbəti“Paris-2024”: Azərbaycan parataekvondoçusu finalda