UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda üz-üzə gələn Azərbaycan və İsveç komandaları arasındakı oyun başa çatıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu Renat Dadaşov vurub. İsveç seçməsində isə Aleksandr İsak (2 qol) və Viktor Dyökereş fərqləniblər.
Birinci yarının son saniyələrində Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 8-də səfərdə Slovakiya seçməsinin qonağı olacaq.